...

Naxçıvandan Bakıya sərnişin daşınmasını üç Azərbaycan, bir İran şirkəti həyata keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Noyabr 2007 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , S.Əliyev/ Azərbaycanın nəqliyyat nazirliyinin məlumatına görə, "Bakı-Naxçıvan" marşrutu üzrə sərnişin daşımalarını üç Azərbaycan, bir İran şirkəti həyata keçirir.İlkin mərhələdə bir reys həyata keçirilir, lakin gələcəkdə reyslərin sayı artırıla bilər.

Naxçıvan Muxtar Respublikasında qeydiyyatdan keçmiş şəxslər üçün üçaylıq pulsuz viza şəklində güzəştlər mövcuddur. Digər Azərbaycan vətəndaşları viza əldə etməlidirlər. Hazarda bu rejimin sadələşdirilməsi ilə bağlı danışıqlar aparılır.

Naxçıvan Muxtar Respublikasından "Naxçıvan -Bakı" marşrutu ilə hərəkət edən birinci avtobus, İran ərazisindən keçməklə, cümə axşamı yola düşüb.

Avtobus İran ərazisindən keçəcək, belə ki, Naxçıvan Muxtar Respublikası blokadadadır və Azərbaycanın qalan əraziləri ilə yalnız hava rabitəsinə malikdir.

Marşrut Azərbaycan və İran arasında imzalanmış memoranduma əsasən açılıb. Avtobuslar, eləcə də, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalından yola düşəcək. Biletin qiyməti 14 manatdır. Biletləri avtovağzalın kassalarından almaq olar.

Xəbər lenti

Xəbər lenti