...

"European Tobacco Baku" şirkəti 260 mln. manatlıqdan çox məhsul istehsal edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2007 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend / 2000-ci ilin fevral ayından fəaliyyətə başlayan Azərbaycanda iri tütün istehsalçısı "European Tobacco Baku" ASC 265,2 mln. manatlıq filtirli siqaret istehsal edib. Bu barədə bazar ertəsi şirkətdən məlumat verilib.

Bu dövr ərzində Mərkəzi və Şərqi Afrika, Cənub-Qərbi Asiya və MDB ölkələrindən 73,14 mln. dollar həcmində tütün məhsulu ixrac olunub. Müəssisə 25 növdən çox tütün məhsulu isthsal edir.

Bu yaxınlarda şirkət yeni ticarət markalı "Vigor Ultimate" siqaretini təqdim edib. "Vigor" markalı siqaret müştərilrə 2000-ci ildən tanışıdır.

Yeni "Vigor Ultimate" bazarda orta qiymət siqmentinə məxsus olacaq. Topdan və pərakəndə satış 3,44 manat (Bir blok üçün) və 0,40 manat (Bir qutu üçün) təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti