...

Dolların Azərbaycan manatına nisbətdə məzənnəsi ilin sonuna qədər dəyişməz olaraq qalacaq - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2007 14:51 (UTC +04:00)
Dolların Azərbaycan manatına nisbətdə məzənnəsi ilin sonuna qədər dəyişməz olaraq qalacaq - ekspert

Azərbaycan, Bakı / Trend / Hazırda Amerika dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi tarixi minimuma yaxındır və 0,85-0,84 doll/manat diapozonunda tərəddüd edir. İlin əvvəlində Azərbaycanda dolların məzənnəsi 0,87, bir neçə il bundan əvvəl isə 0,98 manat təşkil edib.

Yaranmış vəziyyət bir neçə faktorlarla izah oluna bilər. Buraya neftin qiymətinin artması, ABŞ-da zəif iqtisadi göstəricilər, xarici ticarətdə böyük kəsr, ABŞ-a xarici kapital axınının azalması daxildir. Azərbaycanda dolların məzənnəsinin aşağı düşməsinin əsas səbəbi isə dolların məzənnəsinin və neftin qiymətinin tarixi maksimumda olduğu bir zamanda ölkəyə böyük valyuta investisiyaları axınının baş verməsidir.

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası davam edir və təbii ki, ölkə iqtisadiyyatının xarici faktorlara həssaslığı artır, ölkə iqtisadiyyatı dünya iqtisadiyyatında baş verənlərin təsirindən kənarda qalmır.

Dollar/manat məzənnəsi ilin sonuna qədər bir manat üçün 0,85-0,84 təşkil edəcək, lakin bu nisbət dollar/avro cütlüyü ilə sıx bağlıdır. Bu o deməkdir ki, dollar/avro məzənnəsinin 1 sent dəyişməsi dollar/manat nisbətinin 0,1-0,15 manat dəyişməsinə gətirib çıxarır. Eyni zamanda, Azərbaycanda manatın məzənnə siyasəti üçün məsuliyyət daşıyan Milli Bank qısa müddət ərzində manatın həddən artıq möhkəmlənməsinə imkan verməyəcək, belə ki, bu, yerli ixracatçılar üçün sərfəli deyil. Milli Bankın qeyri-fəal iştirakı manatın məzənnəsinin minimum 18-20% möhkəmlənməsinə gətirib çıxara bilərdi. Manatın məzənnəsi faktiki olaraq 2,5% bahalaşıb.

Son üç il ərzində dollar avro ilə münasibətdə 11% ucuzlaşıb. Dünya bazarlarında dollar/avro məzənnəsinin dəyişməsi özünü manatın Avropanın yeganə valyutası olan avro ilə müqayisədə məzənnəsinin aşağı düşməsində göstərdi. İlin əvvəlindən manatın avroya nisbətdə məzənnəsi 5,6% düşüb ki, bu da öz növbəsində Avropadan idxal olunan əmtəənin qiymətinin artmasına səbəb olur. Avropadan idxal olunan əmtəə idxalın 30%-ni təşkil edir. Lakin qeyd etmək lazımdır ki, Avropadan idxal olunan əmtəə əsasən investisiya xarakteri daşıyır, bu səbəbdən də avronun bahalaşması ilk növbədə sənaye avadanlığının qiymətinin artmasına gətirib çıxarır.

(Leyla Abdullayeva - Trend ın eksperti)

Xəbər lenti

Xəbər lenti