...

İlin sonuna qədər Türkiyə "Bakı-Tbilisi-Qars" layihəsinin öz payına düşən hissəsinin tikintisinə başlayacaq - nazir (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2007 14:46 (UTC +04:00)
İlin sonuna qədər Türkiyə "Bakı-Tbilisi-Qars" layihəsinin öz payına düşən hissəsinin tikintisinə başlayacaq - nazir (video)

Azərbaycan, Bakı / Trend / Cümə axşamı Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun verdiyi məlumata görə, 2007-ci ilin sonuna qədər "Bakı-Tbilisi-Qars" layihəsinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq. Bir ay ərzində dəmir yolunun Türkiyə hissəsində tikintinin başlanması münasibətilə rəsmi mərasim keçiriləcək.

Dünən Gürcüstanda "Bakı-Tbilisi-Qars" dəmir yolunun Gürcüstan hissəsinin tikintisinin başlanması məqsədilə rəsmi mərasim keçirilib. Nazirin sözlərinə görə, 25 km uzunluğunda yolun tikintisinə, 160 km uzunluğunda isə yolun bərpasına ehtiyac var.

Dəmir yolunun Gürcüstan hissəsinin tikintisi məqsədilə Azərbaycan Gürcüstanın "Marabda-Karsaxi dəmir yolu" MMC-yə 25 il müddətinə 1% illik faiz dərəcəsi ilə 200 mln. dollar məbləğində kredit ayırıb.

Kreditin birinci tranşının ümumi həcmi 40 mln. dollar təşkil edir. Bu vəsaitlər hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol çəkiləcək, Türkiyə ilə sərhəddə təkər cütlərinin dəyişdirilməsi məntəqəsi tikiləcək, həmçinin köhnə yol bərpa olunacaq.

Azərbaycan, Gürcüstan və Türkiyə fevral ayında BTQ dəmir yolunun tikintisi ilə bağlı yekun sənəd imzalayıblar.

Layihənin ümumi dəyəri 425 mln. dollar təşkil edir. BTQ Avropadan Asiyaya və əks istiqamətdə yeni dəmir yol marşrutu açmağa imkan verəcək. Mövcud marşrut isə Rusiya ərazisindən keçir.

Xəbər lenti

Xəbər lenti