...

Azərbaycanın ixraca meylli potensial şirkətləri Türkiyə sənaye parkı ilə tanış ola biləcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2007 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova / ASPİ - dən bildiriblər ki, Azərbaycanın Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin məsləhətçisi, Azərbaycan şirkəti ASPI Consulting Engineers Inc, ölkənin 9 regionundan, qeyri-neft sektorundan onların top-menecerləri üçün treninqlər keçirilməsi üçün 200 - dən çox müəssisə seçib. Treninqlər investisiyaların, kreditlərin cəlb edilməsi, yeniləşmə, yeni texnologiyaların, mütərəqqi hesabat sistemlərinin tətbiqi, standartlaşdırılma (məhsulun keyfiyyəti üzərində nəzarətin yaxşılaşdırılması) istiqamətində aparılacaq. Treninqlərin proqram və metodlarını ABŞ və Fransa mütəxəssisləri hazırlayıblar. Proqramı daha yaxşı mənimsəyənlər potensial ixracattutumlu müəssisə hesab olunacaq və Türkiyənin sənaye parklarına göndəriləcəklər. Bu parklarda dövlətin dəstəyi ilə bir neçə kiçik və orta istehsal müəssisələri fəaliyyət göstərir və elmtutumlu məhsullar istehsal edirlər (ipəkəyirmə,xalça toxunması və s.) . Dövlət Komitəsi və ASPİ arasında bağlanmış müqaviləyə əsasən, özəlləşdirilmiş şirkətlərin dəstəklənməsi üzrə treninqlər bu ilin sonunadək başa çatacaq.

Xəbər lenti

Xəbər lenti