...

Yeni "Mineralnıye Vodı-Bakı" dəmir yol marşrutu açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2007 20:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Dekabrın 2-dən etibarən, Rusiyanın Şimali Qafqaz Dəmir Yol İdarəsi Yeni "Mineralnıye Vodı-Bakı" dəmir yol marşrutunu istifadəyə verəcək. Bu marşrutla həftədə bir dəfə 327/328 saylı yeni qatar işləyəcək. Bu barədə Rusiyanın Şimali Qafqaz Dəmir Yol İdarəsinin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumatda bildirilir.

20-ci əsrin 1980-cı illərində olduğu kimi indi də sərnişinlər Azərbaycana yer dəyişmə olmadan gələ biləcək. Qatar Stavropol əyaləti, Dağıstan Respublikası, Çeçenistan, Kabarda-Balkar, Şimali Osetiya ərazisindən keçəcək.

Mineralnıye Vodıda yerləşən stansiyadan qatar 7:26-da yola düşəcək, Mahaçqaladan 19:00-da ötüb keçəcək və Azərbaycan paytaxtına 8:55-də çatacaq. Elə həmin gün qatar əks istiqamətdə yola düşəcək, saat 19:10-da, saat 7:53-də Mahaçqalada dayanacaq, Mineralnıye Vodıya isə, 20:40-da çatacaq.

İlkin olaraq, qatar 8 vaqondan ibarət olacaq. Sərnişinlərə xidmət göstərən "Sevkavekspress" vaqonların sayını 15-ə qədər artırmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti