...

Bank Respublika "İlin Bankı" nominasiyasında mükafat aldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2007 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Bank Respublika 2007-ci ildə uğurlu fəaliyyətinə görə "İlin Bankı" nominasiyasında, Biznes sahəsində Milli Mükafat olan "İlin Şirkəti" mükafatına layiq görülüb. Bu barədə bankın bazar ertəsi yayılan məlumatında bildirilir.

Bankın səhmdarları sırasında Almaniyanın 2 böyük maliyyə institutu təmsil olunur - KfW Bank Qrupunun üzvü DEG və Sparkassen-Finanzgruppe üzvü SIDT. Bank Respublika hazırda Moody's Investors Service agentliyinin B2 dərəcəli və "pozitiv" proqnozlu beynəlxalq reytinqə malikdir.

2007-ci ildə Bank Respublika 24 mln. ABŞ dolları məbləğində Avropa Yenidənqurma və İnkişaf Bankından sindikatlaşdırılmış kredit və AMBF-MSE proqramının nəticələrinə əsasən, AYİB-in "Senior-tərəfdaş" statusunu almışdır.

2007-ci ilin noyabrın 1-də Bankın ümumi aktivləri 227,7 mln. manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti