Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ "Garadagh Cement" MMC dekabrın 1-dən Azərbaycanda sementin qiymətinin 16% artdığını bildirir. Şirkətdə qiymət artımını infilyasiyanın və idxal olunan klikerin qiymətinin artımı, istehsal, iş və modernizasiya xərclərinin artımı ilə izah edirlər.
"Garadagh Cement"in modernizasiya xərcləri 2007-ci ildə 10 mln. manat təşkil edib. Avropa ekoloji standartlarının səviyyəsinə qədər modernləşdirmə üzrə planlaşdırılan vəsaitlərin həcmi isə 2008-ci ildə 7 mln. manat təşkil edəcək.