...

Xammalın dəyərinin bahalaşması Azərbaycanda sementin qiymətinin artmasına gətirir-nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2007 18:01 (UTC +04:00)
Xammalın dəyərinin bahalaşması Azərbaycanda sementin qiymətinin artmasına gətirir-nazir müavini

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycan İqtisadi İnkişaf Nazirliyi daxili bazarda tikinti materiallarının qiymətinin artmasını iki səbəblə - dünya qiymətlərinin artması və istehsal üçün xammalın dəyərinin bahalaşması ilə izah edir. Bu barədə cümə axşamı İqtisadi İnkişaf nazirinin müavini Mikayıl Cabbarov məlumat verib. Azərbaycanın tikinti şirkətlərinə satılan sementin qiyməti təxminən 16 faiz artıb. İlin əvvəlində Garadagh Cement SC əhaliyə sementin satılmasının yeni sistemini (50 kq-lıq Optimal markalı sementin dəyəri 7.5, Special markalı sementin dəyəri isə, 7.95 manat səviyyəsində müəyyən edilib) tətbiq edir. Nazir müavinin rəyinə görə, bu səbəbdən, digər illərdən fərqli olaraq, sement bazarında sabitlik müşahidə olunub. Belə ki, ötən il sement bazarında tikinti materiallarının defisiti, qiymətlərlə spekulyasiya istehlakçılar və işgüzar insanlar arasında narahatlığa gətirib çıxarırdı. 2007- ci ildə keçirilən monitorinq bu problemlərin (qiymət artımı, sement çatışmazlığı) olmadığını göstərib. Lakin subyektiv və obyektiv səbələrdən, regionun bütün ölkələrində (Qazaxstan, Rusiya, Gürcüstan) sement məhsulları qiymətlərinin kəskin artımı müşahidə olunub. Digər tərəfdən, ölkədə istehlakçılar və tikinti şirkətlərinin qiymətləri arasında fərq var. Bu,qeyri-bərabərliyə gətirir və eyni məhsula istənilən qiymət fərqi müxtəlif nəticələrə gətirib çıxara bilər. Nazir müavninin sözlərinə görə Garadagh Cement sementin maya dəyərinin, xammalın qiymətinin artması ilə əlaqədar olaraq, qiymətlərin artımının iqtisadi əsaslandırılmasını göstərir. "Bununla bağlı olaraq, biz vəziyyəti analiz etməliyik lakin, il ərzində xammalın qiymətinin artması ilə əlaqədar, bəzi tikinti materiallarının qiyməti qalxıb"- Cabbarov bildirib. İqtisadi İnkişaf Nazirliyi Azərbaycanın daxili istehsal hesabına, ölkənin sementə olan tələbatını ödəməyə qadir olduğunu hesab edir. Lakin Cabbarovun fikrinə görə, bu gün istehsal olunan sement məhsullarının həcmi daxili tələbatı ödəmir. Azərbaycan İnvestisiya Şirkəti Garadagh Cement - də pay iştirakı almaqla, müəssisədə istehsal qüvvələrinin artırılması layihəsində iştirak etmək niyyətindədir. Bundan əlavə, ekoloji və elektrik enerjisinə qənaət məqsədilə, köhnə avadanlıqların dəyişidirilməsi təmin ediləcək. "Daxili bazarda tələb və təklif uyğun gələnədək, biz istənilən dəyişikliyə hazır olmalıyıq" - nazir müavini bildirib.

Xəbər lenti

Xəbər lenti