...

Dövlət Baytarlıq Xidməti Respublika Quşçular Cəmiyyətinin Azərbaycana keyfiyyətsiz quş əti məhsullars idxalı barədə məlumatını təkzib edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2007 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti, Respublika Quşçular Cəmiyyətinin rəhbəri Aydın Vəliyevin ölkəyə xarici ölkələrdən, xüsusilə də Türkiyədən keyfiyyətsiz quş ətinin gəlirilməsi barədə məlumatını təkzib edir.

"Bu məlumatlar heç bir fakta əsaslanmır və həqiqətə uyğun deyil" - deyə Baytarlıq Xidmətindən bildiriblər.

Baytarlıq Xidmətindən bildiriblər ki, Azərbaycana gətirilən quş əti və quş yumurtası Beynəlxalq Epizootik Büronun sağlam hesab etdiyi yerlərdən gətirilir. Bu məhsullar beynəlxalq normalara cavab verən sənədlərlə (müqavilə, mənşə sertifikatı, keyfiyyət vəsiqəsi, baytarlıq şəhadətnaməsi və digər sənədələr) ölkəyə idxal olunur. Bundan sonra həmin məhsullardan seçmə yolla (bir neçə dövlət qurumunun, eləcə də, mal sahibinin iştirakı ilə) nümunələr götürülərək, Respublika Baytarlıq Laboratoriyasında müxtəlif istiqamətlərdə müayinələr aparılır.

Respublika Quşçular Cəmiyyətinin rəhbəri bu günlərdə bəyan edib ki, hazırda quş ətinin daxili bazarında ciddi problemlər mövcddur, belə ki, xarici ölkələrdən Azərbaycana böyük həcmdə ucuz quş əti məhsulları və quş yumurtası gətirilir, yerli istehsalçılar isə, "məhsulları anbarlar üçün istehsal edirlər".

"Bir qayda olaraq, xaricdən, xüsusilə də Türkiyə, İran, Polşadan gətirilən məhsullar aşağı keyfiyyətlidir" - deyə Vəliyev bildirib.

Xəbər lenti

Xəbər lenti