...

AzerDemiryolBank daha bir xarici səhmdar cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2007 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Hollandiyanın Maliyyə İnkisaf Kompaniyası FMO AzərDəmiryolBankın kapitalında 10%-lik iştirak payı alıb. Bu barədə Bankın məlumatında bildirilir.

Bankın İdarə Heyətinin sədr müavini Şahin Mirzəyevin sözlərinə görə, bu FMO-nun Azərbaycanda bank qurumunun kapitalına ilk sərmayəsidir. Bankın səhmdarları, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı (AYIB) ilə müvafiq müqavilə 2007 ilin noyabr ayının sonunda bağlanıb. Beləliklə, xarici maliyyə institutlarının AzərDəmiryolBankın kapitalında məcmu iştirakı 35%+1 səhm təşkil edib.

FMO Asiya, Afrika, Latın Amerikası, Mərkəzi və Şərqi Avropanın inkişaf edən ölkə və bazarlarında özəl sektoru dəstəkləyən dünya miqyasında iri maliyyə institutlarından biridir.

Əqdin bağlanması əsnasında FMO tərəfindən banka ödənilən mükafat bankın səhmlərinin nominal dəyərindən dəfələrlə artıq olub.

Bundan əlavə, yeni xarici səhmdarın cəlb olunmasını, daxili menecmentin keyfiyyətinin artırılmasını, bankın daxili strukturunun münasibləşdirilməsini nəzərə alaraq, bankın mövcud səhmdarlardan biri olan AYİB, ticarətin maliyyələşdirilməsi üzrə AzərDəmiryolBank ücün acılmış kredit xəttinin limitinin $8 mln.-dan $ 11 mln.-dək artırılmasına qərar verib.

Xəbər lenti

Xəbər lenti