...

Bakı Banklararası Valyuta Birjası dekabrın 13-nə olan ticarət sessiyalarının nəticələrini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2007 19:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 13 dekabr tarixdə USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8444 AZN təşkil edib.Bu barədə bankın cümə axşamı yaydığı məlumatda bildirilir. BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollarına görə 0,8446 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 845 900 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,0013 bənd düşüb və 0,8459 AZN təşkil edib. BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 12 060 204 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8443 AZN təşkil edib. Hər iki sessiyanın nəticələrinə görə, ümumi həcm USD/AZN aləti üzrə $15 285 000 ABŞ dolları və ya 12 906 104 AZN təşkil edib. Orta hesabla, hər sövdələşmənin payına 1 698 333 ABŞ dolları düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə, dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib. BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,13%, ABŞ dolları üzrə isə illik 15,75% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti