...

Bakı Banklararası Valyuta Birjası dekabrın 13-də bağlanmış əqdlərin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2007 19:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bakı Banklararası Valyuta Birjasının cümə günü yaydığı məlumatda bildirilir ki, Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 14 dekabr tarixdə USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8443 AZN təşkil edib.

BEST sistemində keçirilən səhər sessiyasınınaçılış məzənnəsi hər ABŞ dollara görə 0,8444 AZN təşkil edib. USD/AZN T+0aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 1 131 524 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8443AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, "Birca Elektron Sistemində Ticarət"in ümumi həcmi USD/AZNaləti üzrə $1 340 000ABŞ dolları və ya 1 131 524 AZNtəşkil edib. Orta hesabla, hər sövdələşmənin payına446 666ABŞ dolları düşür.

Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZNalətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.

AVRO vəRus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 14,83%, ABŞ dolları üzrə isə illik 15,50% təşkil edib.

Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti