...

Bakıda taksi qismində Mersedes S-klass istifadə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2008 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir İ.Xəlilova / Azərbaycan Nəqliyyat Nazirliyi Bakıda taksi qismində istifadə olunmaq üçün Mersedes S-klass modelli 1000 avtomobilin respublikaya təlarükü məqsədi ilə Almaniyanın Mersedes avtomobili istehsalçısı ilə danışıqları başa çatdırmaq üzrədir. Bu barədə bazar ertəsi nazirliyin Nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin direktoru Sədrəddin Məmmədov məlumat verib.

Onun sözlərinə görə, nazirlik Bakı üçün birinci mərhələ üzrə müasir taksilərin əldə edilməsi məqsədi ilə sövdələşmələrin təşkil olunmasında özəl nəqliyyat müəssisələrinə yardım göstərir.

Mersedes taksiləri sayğac ilə təchiz ediləcək və Bakıda yaradılacaq "Nəqliyyatın intellektual idarə olunması" sistemi çərçivəsində GPS naviqasiya sistemi vasitəsilə idarə ediləcək. Bunun üçün elektron kart təşkil olunacaq. Nazirlik nümayəndəsi paytaxtda yeni taksilərin tətbiq olunmasının gediş haqlarının bahalaşmasına səbəb olmayacağını düşünür. Onun fikrincə, tariflər hazırda olduğu kimi qalacaq.

Məmmədov bildirib ki, nəqliyyat vasitələrinin yeni növlərinin tətbiq edilməsi əhaliyə göstərilən xidmət keyfiyyətinin yüksəlməsinə, taksi qismində istifadəyə yararlı olmayan və rahat olmamasından savayı təhlükəsizlik üçün problem yaradan, ətraf mühiti çirkləndirən avtomobil vasitələrinin istismardan çıxarılmasına imkan yaradacaq.

Xəbər lenti

Xəbər lenti