...

Naxçıvanda metaləritmə zavodu fəaliyyətə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2008 01:41 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 30 yanvar / Trend , müxbir E.Məmmədov/Naxçıvanda metaləritmə zavodu fəaliyyətə başlayıb. Zavodun istifadəyə verilməsi mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov yeni sənaye müəssisəsinin "Dizayn" MMC-nin tabeliyində olduğunu bildirib.

Qeyd olunub ki, bununla da Naxçıvan MR-də ilk dəfə olaraq ağır sənaye müəssisəsi fəaliyyətə başlayıb. Müəssisənin bir əhəmiyyəti də ondan ibarətdir ki, muxtar respublikada vaxtilə atılıb qalmış və yaxud istifadəyə yararsız olan maşın və mexanizmlərin hissələrindən metaləritmədə istifadə olunacaq.

Müəssisənin açılışında çıxış edən Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov müəssisənin tələbatı üçün lazım olan metalın muxtar respublikadan kənara aparılmasına qadağanın qoyulması haqqında tapşırıq verdiyini deyib.

5700 kv. m-lik ərazidə inşa olunan metaləritmə zavodunda metal, çuqun və əlvan metal məmulatları hazırlanacaq, həmçinin şüşələrin müxtəlif ölçülərdə və formalarda əyilməsi, dəmir-döymə və digər işlər görüləcək.

Müəssisənin metaləritmə sexində hər biri saatda 1,5 ton istehsal gücünə malik üç metaləritmə qazanı işə salınıb.

Xəbər lenti

Xəbər lenti