...

I.S.R. Holding Rusiya-Azərbaycan sığorta şirkətinin səhmdarı olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2008 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral / " / "Kapital" Sığorta Qrupuna daxil olan "Norcross" şirkətinin 49 faiz səhmlərini əldə edən tanınmış biznesmen İsgəndər Xəlilova məxsus olan I.S.R. Holding Ltd. Rusiya və Azərbaycanın birgə sığorta şirkəti olan "Ateshgah"ın yeni səhmdarı olub. Bu bardə şirkətin çərşənbə axşamı yayılan məlumatında bildirilir.

Məlumatda bildirilir ki, fevralın 1-də sığorta şirkəti səhmdarlarının növbəti ümumi toplantısı keçirilib. Toplantıda Müşahidə Şurasının yeni heyəti seçilib və Xəlilov Şuranın sədri olub. Toplantıda İntiqam Hüseynovun baş direktor vəzifəsindən azad edilməsi və bu posta Azər Əliyevin təyin olunması barədə qərar qəbul olunub.

Azər Allahverdi oğlu Əliyev 1977-ci ildə dünyaya gəlib. 1998-ci ildə Moskva Dövlət Hüquq Akademiyasını bitirib. 2003-cü ildə Fransada "Neft iqtisadiyyatı və idarəsi" ixtisası üzrə magistraturanı bitirib.

2003-cü ildən sığorta sahəsində fəaliyyətə başlayıb. 2006-cı ildə "Qafqaz" Sığorta şirkətinə baş direktor vəzifəsinə təyin edilib.

Səhmdarların ümumi toplantsı 2006-cı ilin maliyyə hesabatını, həmçnin şirkətin xarici auditorunun namizədliyini təsdiq edib.

Hazırda "Ateshgah" sığorta şirkətinin səhmdarları: I.S.R. Holding Ltd (49 faiz səhm), Azərbaycan Dövlət Neft Şirkəti (30 faiz səhm) və RAN-Eksim (21 faiz səhm) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti