...

Koreyanın STX şirkətinin Azərbaycanda gəmiqayırma zavodunun tikintisində iştirak payı ilə əlaqədar qeyri-müəyyənlik işlərin başlamasını uzadır – nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2008 18:22 (UTC +04:00)
Koreyanın STX şirkətinin Azərbaycanda gəmiqayırma zavodunun tikintisində iştirak payı ilə əlaqədar qeyri-müəyyənlik işlərin başlamasını uzadır – nazir

Azərbaycan, Bakı, 06 fevral/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycanda yeni gəmiqayrıma zavodunun tikintisi layihəsinin reallaşdırılmasında olan ləngimələr Koreyanın STX şirkətinin layihədə iştirak payının qeyri-müəyyənliyi ilə bağlı olaraq, onunla sazişin imzalanmasının təxirə salınması ilə əlaqədardır. Bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev çərşənbə günü mətubat konfransında məlumat verib.

"Şirkət layihəyə 25 faiz iştirak payı ilə daxil olmağı təklif edir. Bizsə, onun payının artmasında maraqlıyıq. Biz şirkətə 25 faizlik iştirak saxlandığı halda layihənin idarə edilməsində iştirak etməyi təklif etmişik və o, öz razılığını verib. Lakin müzakirələr bitməyib", - nazir bildirib. Layihənin digər iştirakçıları Azərbacyan Dövlət Neft Şirkəti (ARDNŞ), "Azərbacyan İnvestisiya Şirkəti" SC və XDG ola bilər.

ARDNŞ, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və öz neftini Xəzər dənizi və Azərbaycan vasitəsilə dünya bazarlarına çıxarmaq planları olan Qazaxıstan tərəfi bu müəssisədə istehsal ediləcək tankerlərin əsas sifarişçisi kimi çıxış edə bilər. Orta dəyəri $400 mln. olan zavodun Ələt qəsəbəsində tikilməsi planlaşdırılır. Yeni zavodda Azərbaycana lazım olan bütün növ gəmilərin - quru yük, tanker, yaxta, sərnişin gəmilərinin istehsalı güman edilir.

Müəssisəni Azərbaycanda olan dörd gəmi təmiri zavodunun bazasında yaratmaq planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti