...

"Palmali" şirkəti Azərbaycanda yeni süd zavodu istismara verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2008 16:08 (UTC +04:00)
"Palmali" şirkəti Azərbaycanda yeni süd zavodu istismara verib

Azərbaycan, Lənkəran, 18 fevral / Trend ", müxbir P.Əliyeva/ Azərbaycanın Lənkəran rayonunda "Palmali" şirkəti tərəfindən tikiliən PAL SUD süd zavodu gün ərzində 150 ton süd və 25 çeşiddə məhsul istehsal edəcək. Bu barədə bazar ertəsi jurnalistlərə zavodun açılışı zamanı müəssisənin direktoru Zeki Aşçın məlumat verib.

İstehsal edilən məhsulların dörddə biri Lənkəran və yaxın rayonlarda, qalan hissəsi isə Bakı və ölkənin digər regionlarında satılacaq.

Aşçın südün dörd ay saxlama müddətinə malik olacağını bildirib.

Onun sözlərinə görə, zavoda 10 nəfər türk mütəxəssisi daxil olmaqla təxminən 150 nəfər işlə təmin edilib.

"Gələcəkdə istehsal edilən məhsulları xaricə ixrac etmək də planlaşdırılır" - Aşçın bildirib.

Lənkəran paytaxt Bakıdan 270 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti