...

Azərbaycanda sığortaçı olmaq çox asandır - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2008 12:29 (UTC +04:00)
Azərbaycanda sığortaçı olmaq çox asandır - ekspert

Azərbaycan, Bakı, 21 fevral / " müxbir U.İsmayılova/ Sığorta bazarı iştirakçısının özünü ixtisaslaşmış kadr adlandıra bilməsi üçün, o, sığorta işini nəzəri cəhətdən bilməli, təkrar sığorta üzrə gəlirləri və xərcləri müəyyən etməyi bacarmalı, o cümlədən aktual hesabların aparılması, sığorta ehtiyatlarının formalaşması metodlarını bilməli, sığorta bazarını analiz etməyi bacarmalı, həmçinin bu sahə üzrə ən azı dörd il iş təcrübəsinə, sığorta üzrə ali savada malik olmalıdır. Bu barədə cümə axşamı ekspert Dövlət Səlimov bildirib.

"Azərbaycanın sığorta bazarı sığorta işini bacara bilən ixtisaslı kadr çatışmazlığından əziyyət çəkir" - deyə Səlimov bildirib.

Səlimov hesab edir ki, bu gün sığortaçı olmaq çox asandır. "Sığorta bazarı və sığorta şirkətinin fəaliyyəti ilə qısaca tanış olmuş istənilən ali təhsilli insan sığorta şirkətində işləməyə başlayır" -deyə ekspert bildirib.

Səlimovun sözlərinə görə, sığorta bazarının inkişaf etdiriliməsi üçün birinci yerdə sırf peşəkar sığorta kadrlarının olması əsas vasitələrdən biridir. Bu gün Azərbaycanın bütün sığorta şirkətlərində fəaliyyət göstərən işcilərin 90 faizi ixtisası sığorta olmayan kadrlar - "sığorta işi" üzrə mütəxəssislər buraxmayan Azərbaycan Neft Akademiyasını, Azərbaycan Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti və ixtisası sığorta olmayan digər universitetləri bitirən şəxslərdir.

2002-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad Universiteti və 2003-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində sırf ixtisası sığorta işinin təşkili olan tələbələr təhsil alır.

Səlimovun sözlərinə görə, 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində 16 nəfər və 2007-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində 21 nəfər ixtisası "Sığorta işinin təşkili" üzrə təhsil alıb və onlara iqtisadçı dərəcələri verilib.

Azərbaycanda 30 sığorta şirkəti fəaliyyət göstərir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti