...

2007-ci ildə Azərbaycan və Rusiya arasında pul köçürmələrinin həcmi təqribən 20 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2008 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral/ " , müxbir İ.Xəlilova/ Rusiya və Azərbaycan arasında hesab açılmadan həyata keçirilən Azərbaycan Beynəlxalq Bankı - Moskva (ABB - Moskva) pul köçürmələrinin həcmi 2007-ci ildə 18 faiz - $99 mln.-dək artıb. Bu barədə cümə günü ABB-dən məlumat veriblər. Köçürmələrin sayı 63 min təşkil edib.

"Bankda bu xidmət növünün məşhurluğu və yüksək artım tempinin Azərbaycandan çıxmış və Rusiya ərazisində daimi və ya müvəqqəti yaşayanların sayının çox olması ilə şərtləndiyini qeyd ediblər. Biznesin diversifikasiyası üçün bank öz müştərilərinə Contact və MoneyGram sistemi üzrə dünyanın istənilən nöqtəsinə pul köçürmələri xidmətləri təklif edir" - ABB-dən bildiriblər.

ABB-Moskva fəaliyyətinin pərakəndə istiqamətinin inkişafı çərçivəsində satış şəbəkəsini artıraraq, öz xidmətlərini potensial müştərilərə yaxınlaşdırmağa çalışır. Moskvada hazırda hüquqi və fiziki şəxslərə kompleks xidmət göstərilməsinə istiqamətlənmiş altı əlavə ofis və fiziki şəxslər üçün bir əməliyyat kassası işləyir.

2007-ci ildə potensial müştərilərin toplaşdığı strateji cəhətdən vacib yerdə yeni "Çerkizovo" əlavə ofisi açılıb. 2007-ci ildə Sankt-Peterburqdakı filialın bazasında yeni "Kuşelevskiy" əlavə ofis açılıb.

ABB-Moskva Rusiyanın artıq üç iqtisadi cəhətdən daha çox inkişaf etmiş regionlarında (bankın filialı Moskva və Sankt-Peterburqdan əlavə Yekaterinburqda açılıb) təmsil olunub. Bu regionlarda bütün Rusiya üzrə azərbaycanlı vətəndaşların ümumi sayının 70 faizi yaşayır və Azərbaycanla bağlı biznesin 75 faizi cəmləşib. Hazırda bank şəbəkəsinin bölmələrinin ümumi sayı 11 ofisdir və yaxın vaxtlarda bu rəqəmi 20-dək çatdırmaq planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti