Azərbaycan, Bakı, 3 mart / " müxbir A.İsmayılova/ Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi ölkənin qərb regionlarına səfəri çərçivəsində Gəncə cihazqayırma zavodunda olub.
Fevral ayının sonlarına olan məlumata görə, Azərbaycanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə müqaviləyə əsasən, cihazqayırma zavodunu idərə edən "Qalservis" MMC müəssisəyə 4 mln. avro investisiya yatırıb.
Zavodun işçi heyəti 140 nəfərdən çoxdur. Orta əmək haqqı 500 manatdır. Zavodun tərkibində qaz və su sayğaclarının istehsalı üzrə iki sex fəaliyyət göstərir. Zavodun texniki heyətini fransalı mütəxəssislər idarə edirlər. Zavodda hər il 240 min qaz sayğacı istehsal olunur və "Azəriqaz" QSC-ə satılır.
"Qalservis" MMC su sayğaclarının satışına dair "Azərsu" SC ilə danışıqlara başlayıb. İl ərzində 250 bu kimi cihazın istehsal olunması planlaşdırılır.