...

Azərbaycan və Türkmənistan borc öhdəliyinin nizamlanması barədə müqavilə imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2008 14:10 (UTC +04:00)
Azərbaycan və Türkmənistan borc öhdəliyinin nizamlanması barədə müqavilə imzalayıb

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir İ.Xəlilova/ Bakıda çərşənbə günü Azərbaycan və Türkmənistan hökumətləri arasında borc öhdəliyi və maliyyə tələblərinin nizamlanması barədə hökumətlərarası müqavilə imzalanıb. İmzalanma mərasimi Türkmənistan Baş nazirinin müavini Xıdır Saparlıyevin Azərbaycana səfəri çərçivəsində keçirilib. Borc 1991-92-ci illərdə türkmən qazının alınması nəticəsində yaranıb.

Müqavilə üzrə 44,8 mln. dollar həcmində olan borcun bütün məbləğinin birdəfəlik qaydada Azərbaycan tərəfindən ödənilməsinə dair razılaşma əldə olunub. Azərbaycan Nazirlər Kabinetindən verilən məlumata görə, borc 2008-ci ilin sonuna qədər nəğd pulla ödəniləcək, belə ki, hazırkı şəraitdə (bir çox müəssisələr özəl mülkiyyətə keçib) mal tədarükü barədə danışmaq mümkün olmayacaq (əvvəllər rəsmi Bakı türkmən qazının alınmasına görə, 18 mln. dollar borclu qaldığını, Türkmənistan isə faiz hesablamaları nəzərə alınmaqla bu borcun 56 mln. dollar olduğunu təkid edirdi).

Türkmənistan tərəfi bu vəsaiti təhsil sahəsində aparılan islahatlar çərçivəsində kompüter və multimedia avadanlıqlarının alınmasına yönəltməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti