...

Bakı Fond Birjasında DQI-nin yerləşdirilməsı üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2008 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend / Martın 5-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10300820S serıyalı dövlət qeydiyyatından keçmiş qısamüddətli istiqrazların (DQI) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib, Birjanın çərşənbə axşamı yaydığı məlumatda bu barədə deyilir.

Sifariş 1 investor tərəfindən təqdim olunub. Sifarişin nominal üzrə ümumi məbləği 1 048 800 manat təşkil edib.

Sifariş 95.05% (gəlirlilik 10.92%) qiymətdə təqdim edilib. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 95.05% (gəlirlilik 10.92%), orta ölçülmüş qiymət - 95.05% (gəlirlilik 10.92%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 048 800 manat müəyyən edilib.

İstiqraz vərəqələrinin ödəmə tarixi 26 Avgust 2008-ci ildir.

Xəbər lenti

Xəbər lenti