...

Beynəlxalq Sığorta Şirkəti filial şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2008 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart/ " Bu gün Bakıda Beynəlxalq Sığorta Şirkətinin (BSŞ) növbəti ofisi fəaliyyət göstərməyə başlayıb. Bu barədə şirkətin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Yeni ofisdə iddiaların nizamlanması üzrə Departament yerləşib. Burada müştərilərə sığortanın bütün növləri üzrə xidmət göstəriləcək.

Ofisdə 24 saat müddətində dispetçer xidməti (call center) fəaliyyət göstərəcək. O, evakuator, hadisə yerinə getmək üçün avtomobillər, ən müasir avadanlıq və lazımi kompüter proqramı ilə təchiz ediləcək.

İlk növbədə, tibb sahəsində yeni, yüksək səviyyəli mütəxəssislərin cəlb edilməsi hesabına, bu departamentin işçi ştatı artıb.

Yeni ofisdə iddiaların nizamlanması üzrə departamentin açılması, müştərilərə günün istənilən vaxtında, sığorta hadisəsi zamanı operativ şəkildə, Şirkətin yüksəkkeyfiyyətli xidmətlərindən istifadə etmək imkanı yaradıb. Hazırda Beynəlxalq Sığorta Şirkətinin Bakıda xidmətlərin satışı üzrə iki şöbəsi var.

BSŞ 33 sığorta növü (29 könüllü və 4 məcburi) üzrə sığorta xidmətləri göstərir. Şirkətin Nizamnamə kapitalı 8,8 mln. manat təşkil edir.

Ofis Bakının Nərimanov rayonunda, Koroğlu Rəhimov, 22 ünvanında yerləşir (Telefonlar: 564 07 79 ; 564 07 69 ; 596 22 09). Ofisin yerləşəcəyi yeri seçərkən yollardakı avtomobillərin sayının artmasına görə, şirkət müştərilərin yanaşması və dayanacağın rahatlığını nəzərə alıb.

Xəbər lenti

Xəbər lenti