...

Azərbaycanın qeyri-hökumət təşkilatları dövlət investisiyalarının şəffaflığının təmin edilməsi üzrə tədbirlər təklif ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2008 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart/ " müxbir Ü.İsmayılova/ Qeyri-hökumət təşkilatları (QHT) - Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Azərbaycan hökumətinə dövlət büdcəsi xərcləri üzərində ictimai nəzarət mexanizminin tətbiqi haqqında təkliflər paketi təqdim ediblər.

Bu gün Bakıda bu QHT "Dövlət xərcləri: şəffaflıq və səmərəlilik" mövzusunda dəyirimi masa keçiriblər.

Dəyirmi masanın gedişində QHT nümayəndələri bildiriblər ki, 2004-2008-ci illər ərzində büdcə investisiyaları 25 dəfə artıb, 2008-2011-ci illərdə isə, investisiyaların 3 mlrd. manat səviyyəsində artacağı gözlənilir.

QHT analizlərinə görə, Azərbaycanda 978 investisiya layihəsinin reallaşdırılması gözlənilir. Bu layihələrin böyük bir hissəsi - 282 layihə təhsil sahəsi, 150 layihə isə, dövlət müəssisələrinin inzibati binalarının təmiri və tikintisinin payına düşür.

2007-2008-ci illərdə Bakıda, yol və yol ayrıcılarının tikintisinə 327,1 mln. manat, Bakı hava limanından M.Əzizbəyov metro stansiyasınadək yolun tikintisinə - 120 mln. manat, Heydər Əliyev Mərkəzinin tikintisinə - 90 mln. manat, Olimpiya-İdman Komplekslərinin tikintisinə - 78,9 mln. manat, zibil emalı zavodunun tikintisinə - 62,6 mln. manat, Heydər Əliyev adına Sarayın təmirinə - 45,6 mln. manat yatırılacaq.

QHT ekspertləri bildiriblər ki, ölkədə "meqa-layihələrin" tikintisinə çox böyük vəsait ayrılsa da, bu vəsaitlər, həmçinin, tikinti podratçılarının seçimi üçün tenderlərin qalibi ictimaiyyət üçün açıqlanmır ki, bu da dövlət xərclərinin qeyri-şəffaflığından xəbər verir.

Ekspertlərin rəyinə görə, dövlət büdcəsi investisiyalarının dəqiq paylaşdırılması üçün Azərbaycan hökuməti dövlət büdcəsini səmərəlilik, şəffaflıq və hesabatlılıqla təmin etməlidir.

Məqalə müəllifinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti