...

Azərbaycan iqtisadiyyatının davamlı inkişafı üçün yeganə problem inflyasiyadır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2008 20:01 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatının davamlı inkişafı üçün yeganə problem inflyasiyadır - nazir

Azərbaycan, Bakı, 17 mart/ " müxbir İ.Xəlilova/ Azərbaycan hökuməti inflyasiyanın yaranmasının yeganə səbəbini büdcə xərclərinin artmasında görür. Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevin bazar ertəsi bildirdiyinə görə, 2001-ci ildən 2008-ci ilədək olan dövrdə ölkənin dövlət büdcəsinin 9 dəfə artacağı gözlənilir.

"Büdcənin bu şəkildə artmasına görə, 16 faizlik inflyasiya normal hesab edilir və dünyanın heç bir ölkəsində belə idarəedilən səviyyə müşahidə olunmur", - nazir qeyd edib.

Onun rəyinə görə, belə inflyasiya gözləmələri ilə üzləşməmək üçün hökumət neft satışından əldə olunan valyuta daxilolmalarının hamısını idarəetməyə verə bilərdi, lakin inkişaf üçün iqtisadiyyatın böyük investisiyalara ehtiyacı var. Bu gün dövlətin imkanları onları daxili vəsaitlərin hesabına həyata keçirməyə imkan verir. Bugünədək, Azərbaycan iqtisadiyyatına xarici investisiyaların ümumi həcmi $50 mlrd. təşkil edib.

Ötən il dövlət büdcəsi hesabına investisiya yatırımları 1,9 mlrd. manat təşkil edib, 2008-ci ildə isə 2,8 mlrd. manat səviyyəsində gözlənilir. Bu, ötən il təsdiqlənmiş xərclərdən 50 faiz çoxdur. Nazirin rəyinə görə, infrastrukturun, kommunal sektorun təkmilləşdirilməsi, sosial sektorda layihələrin həyata keçirilməsi bu xərclərin artırılmasını tələb edir.

"Biz inzibati alətlərlə inflyasiyanın sürətli artımının qarşısını ala bilərdik. Lakin daxili bazarda istehlak mallarına olan təlabat artımının genişlənməsi ilə əlaqədar, ölkəyə idxal mallarının axını artır. İdxal mallarının qiymətinin azalmasına biz təsir edə bilmərik. Buna görə, yalnız nəzarət edirik ki, qiymətlər süni şəkildə artırılmasın. Hökumət inflyasiyanı tamamilə idarə edir. Ən əsası - qiymət artımının səbələrini bilməkdir. Onunla mübarizə aparmaq isə asandır", - Babayev bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar hər gün monitorinqlər keçirilir. Nazir hesab edir ki, Azərbaycan iqtisadiyyatının davamlı inkişafı üçün yeganə təhlükə istehlak qiymətləri indeksinin artmasıdır.

BVF-in qiymətləndirmələrinə görə, idxal edilən qeyri-neft məhsullarının qiyməti 24 faiz artıb. 2007-ci ilin yekunlarına görə, inflyasiyanın artım tempi 16,7 faiz, 2008-ci ilin yanvar-fevralında bu rəqəm15,7 faiz olub. Beynəlxalq Valyuta Fondu hesab edir ki, 2008-ci ilin yekunlarına görə, inflyasiyanın artım tempi 20 faizdən az olmayacaq. Azərbaycan hökumətinin üzvləri isə. inflyasiyanı 10 faiz səviyyəsində saxlamağa ümid edirlər.

Xəbər lenti

Xəbər lenti