Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın iri lizinq şirkəti
"AGLeasing" QSC-nin portfelinin həcmi fevralın 29-u üçün 2007-ci ilin fevral ayı ilə müqayisədə 3,4 dəfə, yaxud 4,9 mln. dollar artaraq 7 mln. dollar təşkil edib. Bu barədə çərşənbə günü şirkətin yayılmış məlumatında deyilir.
Fevral ayının sonlarına qədər müştərilərə lizinqlə verilən avadanlıqların dəyəri 9,93 mln. dollara çatıb ki, bu da 2007-ci ilin fevral ayındakı maliyyələşdirmənin dəyərindən 168 faiz, yaxud 6,23 mln. dollar çoxdur.
"AGLeasing" şirkətinin 2008-ci il fevral ayının sonunda lizinq müqavilələrinin ümumi sayı 2007-ci il ilə müqayisədə 93 faiz artıb və 87 müqavilə təşkil edib.
Şirkətin xalq təsərrüfatı sahəsi üzrə lizinq portfelinin strukturu özündə aşağıdakıları əks etdirir:
tikinti sahəsi - 32 faiz, ictimai nəqliyyat-21 faiz, istehsal-13 faiz, səhiyyə -5 faiz, dağ sənayesi- 7 faiz, turizm -3 faiz, ticarət - 8 faiz, yükdaşıma - 6 faiz, poliqrafiya - 4 faiz.
Şirkətin müştəriləri həm hüquqi, həm də fiziki şəxslər-sahibkarlardır. Şirkətin əsas məqsədi - az miqdarda xərclərlə müştərilərin öz bizneslərini inkişaf etdirməsinə yardım göstərməkdir. Şirkətin müasir lizinq xidmətləri - potensial lizinq alıcısının öz biznes məqsədinə tez və effektiv surətdə nail olmasına imkan verir.
"AGLeasing" səhmdar lizinq şirkəti 2005-ci ilin əvvəllərində yaradılıb. "AGLeasing" QSC-nin nizamnamə kapitalı 1 mln. manat təşkil edir. Səhmdar Cəmiyyətinin tərkibinə yerli struktur ("AGBank" ASC -ölkənin bank sektorunun liderlərindən biri) və xarici investisiyaçılar daxildir.