...

Əmək Nazirliyi "Azərbaycanda sosial sistemdə islahatlar" layihəsini uzadıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2008 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart/ " , müxbir Ü.İsmayılova/ Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Avropa İttifaqının TACİS proqramının dəstəyi ilə "Azərbaycanda sosial sistemdə islahatlar" layihəsini başa çatdırıb. Bu barədə şənbə günü nazirlikdən məlumat veriblər.

Layihə iki il üçün nəzərdə tutulub. Onun dəyəri 1,45 mln. avro təşkil edib. Layihənin reallaşdırılması üçün cavabdeh Finlandiyanın beynəlxalq konsaltinq şirkəti "Finnish Consulting Group Ltd." seçilib.

Layihə aşağıdakı dörd əsas komponentə əsaslanıb:

1. Azərbaycanda sosial yardım strategiyasının inkişafı,

2. Yoxsulluğun azaldılması və sosial yardım təcrübə və metodikasının təkmilləşdirilməsi,

3. Müvafiq treninqlər keçirilərkən əməkdaşların ixtisasının artırılması,

4. Əhalini sosial yardım haqqında məlumatlandırmaq.

Nazirlikdən bildiriblər ki, sosial yardımın müasir metodunun təkmilləşdirilməsi üzrə sınaq layihənin reallaşdırılması üçün layihənin müddəti 2008-ci ilədək artırılacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti