...

Azərbaycanın kənd təsərrüfatı şirkətləri ilk dəfə Şimali Amerikada keçirilən ərzaq sərgisində iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2008 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir İ.Xəlilova/ Azərbaycan-Amerika Ticarət Palatası (USACC) Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə ilk dəfə olaraq ABŞ-a kənd təsərrüfatı missiyası təşkil edir,- bazar günü USACC-dan məlumat verilib. Missiya mayın 4 -7-də Şimali Amerikanın ən böyük ərzaq sərgisinin ilk Azərbaycan pavilyonunda iştirak edəcək.

Ticarət missiyasında Azərbaycanın ərzaq və kənd təsərrüfatı məhsulları ilə ixtisaslaşmış aparıcı firmaları iştirak edəcək. Bu missiya Las-Veqasda hər il keçirilən Ərzaq Marketinqi İnstitutunun (FMI) toplantısı ilə birgə əməkdaşlıq çərçivəsində işləyəcək.

Səkkiz Azərbaycan şirkətinin məhsulları nümayiş olunacaq1000 kvadrat futluq sahəsi olan Azərbaycan pavilyonu FMİ sərgisinin mərkəzində, ABŞ-ın "Kraft Foods" və "Coca-Cola" kimi iri şirkətlərinin qonşuluğunda yerləşəcək.

Missiya Azərbaycan firmalarına ABŞ şirkətlərilə uzunmüddətli tərəfdaşlığa kömək etmək və Azərbaycan kənd təsərrüfatı məhsullarının etibarlı alıcılar və potensial müştərilərin təyin olunması məqsədilə yaradılıb. Amerika şirkətləri də Azərbaycanın kənd təsərrüfatı və ərzaq sənayesində liderlik edən şirkətlərinə müasir texnologiyalarını təqdim edə bilər.

Ərzaq Marketinqi İnstitutunun (Food Marketing Institute) təşəbbüsü ilə təşkil olunmuş "FMI Show plus MARKETECHNICS" sərgisi Şimali Amerikanın ərzaq sənayesində hadisə kimi qiymətləndirilir. Bu sərgiyə topdan və pərakəndə satışla məşğul olan aparıcı şirkətlər marketinq sahəsində ən yeni üsullarla tanışlıq, biznesin yüksək səviyyədə aparılması və işgüzar istelakçıların tələbatının təmin edilməsi məqsədilə qatılır. FMİ sərgisində dünyanın 90 ölkəsindən 20 000 sənaye liderinin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti