...

"Unileasing" şirkəti "on-line elanlar" servisini tətbiq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2008 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / " "Unileasing" şirkəti on-line rejimində avtomobil, texnika, avadanlıq və daşınmaz əmlakın satışı haqqında elanların qəbulu layihəsinə başlayır. Bu barədə şirkətin bazar ertəsi yayılan məlumatında bildirilir.

"Unileasing" şirkəti www saytı çərçivəsində, fiziki və hüquqi şəxslərdən elanların təqdim edilməsinin interaktiv formasını tətbiq edib.

Elanların təqdim edilməsi forması vasitəsilə şirkətin saytında şirkətin maliyyələşdirmə şərtlərinə uyğun nəqliyyat vasitələrinin, tikinti texnikasının, kommersiya tipli daşınmaz əmlakın, tibbi və sənaye avadanlığının satışı barədə məlumatı yerləşdirmək olar.

Bu yeniliyin tətbiq edilməsində əsas məqsəd geniş məlumat bazasının yaradılmasıdır ki, bunun sayəsində satıcı və alıcıların obyektlərin alınması və ya satışına yönəlmiş səyləri minimuma endiriləcək.

İnteraktiv elanlardan əlavə, marağı olan hər bir şəxsə lizinq ödənişlərinin on-line kalkulyatoru, interaktiv lizinq, on-line məsləhətləşmə və s. kimi servislərdən istifadə etmək imkanı verilir.

2004-cü ildən fəaliyyət göstərənə "UniLeasing" QSC 1,8 mln. manat Nizamnamə kapitalına malikdir. Şirkətin səhmdarı 33,33 faiz səhm payı ilə, Avropa Yenidənqurma və İnkişaf Bankıdır.

Xəbər lenti

Xəbər lenti