...

Gürcüstan prezidenti Potidə azad sənaye zonasının yaradılması haqqında sərəncam imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2008 18:27 (UTC +04:00)
Gürcüstan prezidenti Potidə azad sənaye zonasının yaradılması haqqında sərəncam imzalayıb

Gürcüstan, Tbilisi, 15 aprel/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan Prezidenti Mixail Saakaşvili çərşənbə axşamı Potidə Gürcüstanın Qara dəniz sahilinin bu regionunda Poti limanının Azad Sənaye və İnkişaf Zonası elan edilməsi haqqında sərəncam imzalayıb.

"Ölkə əhalisinin çoxu yoxsulluq şəraitində yaşayır, çoxları ümidlərini itiriblər və bu gün biz Gürcüstanda yoxsulluğu aradan qaldırmağa kömək edəcək Azad Sənaye Zonasını açırıq. Biz köhnəsindən üç dəfə güclü yeni liman tikirik və əgər köhnə liman ildə 8 mln. ton yük buraxırdısa, yeni liman 30 mln. ton yük buraxacaq", - prezident bildirib.

O vurğulayıb ki, əsas diqqət Gürcüstan vətəndaşlarının işlə təmin edilməsinə yönəldiləcək. Lakin əcnəbilər də ASZ-dən "fayda götürə biləcəklər". "Mənim əsas vəzifəm əhalimi işlə təmin etməkdir. Lakin, əlbəttə ki, əcnəbilər də bu işdən fayda götürəcəklər. Biz Potidə öz məhsulumuzu istehsal etməli, daxili bazarı təmin etməli, həmçinin, qonşularımızın bazarlarına çıxmalıyıq. Bizim öz məhsullarımızla kiçik bazarımızı mənimsəyə bilmədiyimiz utancvericidir. Poti ASZ-ə 50 ay ərzində $200 mln. sərmayə yatırılacaq və bu, minimum həddir, - prezident qeyd edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti