...

Azərbaycanda mülki aviasiya idarəsi yenidən təşkil edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2008 14:32 (UTC +04:00)
Azərbaycanda mülki aviasiya idarəsi yenidən təşkil edilib

Azərbaycan, Bakı, 17 aprel/ Trend / Azərbaycan Hava Yolları Dövlət Konserni yenidən təşkil edilərək (Azərbaycanın mülki aviasiya idarəsi) qapalı səhmdar cəmiyyətə çevrilib. Azərbaycan prezidenti İlham Əliyev bu barədə müvafiq sərəncam imzalayıb. "Azərbaycan Hava Yolları" QSC-nin səhmləri tamamilə dövlətə məxsus olacaq.

İdarənin yenidən təşkili mülki aviasiyanın daha çox inkişaf etməsi, bu sahədə effektliliyin artırılması, aviaxidmətlərin və uçuşların təhlükəsizliyinin səviyyəsinin artırılması məqsədilə edilib.

QSC-nin səhmləri dövlətə məxsus olduğu üçün, dövlətin adından bəzi səlahiyyətlərin icrası aşağıda adları çəkilən dövlət orqanlarına həvalə edilib: Nazirlər Kabineti (QSC-nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi); Mülki Aviasiya Administrasiyası (QSC-nin fəaliyyəti üzərində dövlət nəzarətinin həyata keçirilməsi, mülki aviasiyanın inkişafı üzrə təkliflərin nəzərdən keçirilməsi, illik hesabatların və mühasibat hesabdarlığının qəbul edilməsi); Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (nümayəndəlik və filialların yaradılmasına və ya ləğvinə icazənin verilməsi, hüquqi şəxs statusu ilə tabeçilikdə olan strukturların yaradılması, yenidən təşkili və ləğvi).

Sərəncamda müəyyən edilib ki, QSC-nin prezidenti, vitse-prezidenti və digər vitse-prezidentləri Azərbaycan Respublikası prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilə bilərlər.

Nazirlər Kabinetinə Azərbaycan prezidenti ilə razılaşdırıldıqdan sonra üç ay ərzində yeni QSC-nin Nizamnamə və strukturunun təsdiq edilməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti