...

"İqtisadi Araşdırmalar Mərkəzi" Azərbaycanda mart ayında təxminən 24 faizlik inflyasiya səviyyəsi qeydə alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2008 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / " , müxbir S.Babayeva/ Cari ilin martında Azərbaycanda inflyasiya səviyyəsi ötən ilin mart ayı ilə müqayisədə 23,37 faiz təşkil edib. Bu barədə cümə günü "Alternativ inflyasiya metodologiyasının yenidən işlənməsi" layihəsinin yekun konfransında çıxış edən "İqtisadi Araşdırmalar Mərkəzi"nin rəhbəri Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, birinci rübdə ərzaq məhsullarının istehlak qiymətləri 14,80 faiz (Bakıda 15,9 faiz, regionlarda 27,33 faiz), qeyri-ərzaq məhsulları üzrə 4,62 faiz,( Bakıda 4,15 faiz, regionlarda 5,17 faiz), xidmətlər üzrə qiymətlər 2,57 faiz ( Bakıda 2,60 faiz regionlarda 2,51 faiz) artıb.

İbadoğlu bildirib ki, mart ayında inflyasiyanın səviyyəsi 5,34 faiz (Bakıda 4,58, regionlarda 6,31 faiz), ərzaq məhsulları üzrə 8,19 faiz ( Bakıda 7,51 faiz, regionlarda 9,06 faiz), qeyri-ərzaq məhsulları üzrə 2,81 faiz ( Bakıda 1,49 faiz, regionlarda 4,48 faiz), xidmətlər üzrə 0,99 faiz ( Bakıda 0,72 faiz, regionlarda 1,35 faiz) artıb.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, martda istehlak məhsullarının və xidmət tariflərində qiymət artımı 2008-ci ilin fevral ayı ilə müqayisədə 3,1 faiz, birinci rübdə isə ötən ilin yanvar-mart ayı ilə müqayisədə 16,5 faiz təşkil edib.

Statistika Komitəsinin məlumatında deyilir ki, martda ərzaq məhsulları 4,5 faiz, qeyri- ərzaq məhsulları 0,8 faiz, xidmət üzrə tariflər isə1,9 faiz bahalaşıb.

2007-ci ilin birinci rübü ilə müqayisədə ərzaq məhsullarının qiymətləri 21,8 faiz, qeyri-ərzaq məhsullarının qiyməti 9,5 faiz, xidmət tariflərinin qiyməti isə 10,8 faiz artıb.

Martda məhsullar (meyvələr və tərəvəzlər) və xidmətlər istisna olmaqla istehlak qiymətlərinin bazis indeksləri və dövlət tərəfindən nizamlanan qiymətlər 103,2 faiz , yanvar-fevral ayında ötən ilin analoji dövrü ilə müqayisədə 117,5 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti