Azərbaycan, Bakı, 2 may / Trend müxbir S.Babayeva/ Azərbaycan gömrükçüləri tərəfindən mart ayında xüsusi icəzəsi olmadığı üçün Azərbaycan sərhədində "Buşer" AES-nın tikintisinin yekunlaşdırılması üçün nəzərdə tutulan rusiyanın avadanlığı cümə axşamı səhər saatlarında İrana buraxıldı. Bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsindən bildiriblər.
Yükün, 29 mart tərixdən Azərbaycan gömrükçüləri tərəfindən sasaxlanılmasına səbəb, Azərbaycan hökümətinin yükün tranzit yolu ilə keçirilməsinə xüsusi icazəsinin olmaması göstərilir.
Bu kimi icazələri, Nazirlər Kabineti yükün cədvəlini təstiq etdikdən sonra verilir.
"Sənədləşmə ilə bağlı məsələlər həll edildikdən sonra, yük tez bir zamanda buraxılmışdır", - deyə Komitədə bildiriblər.
Rusiya İrana, atom enerjisinin sülh məqsədlər ilə istifadə etmək hökümətlər arası razılaşma çərçivəsində Buşerdə AES tikməyə köməklik edir. Son məlumatlara əsasən, stansiya 2008-ci ilin sonlarında istifadəyə veriləcək. Bir qədər əvvəl AES 2007-ci ilin oktyabr ayında tikilməsi planlaşdırılırdı. "Buşer" üçün rusiya yanacağının gətirilməsi 2008-ci ilin yanvarında başa çatmışdır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]