...

Azərbaycanda daşınmaz əmlakın qiymətləri daha 22 faiz artacaq – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2008 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 may/ Trend , müxbir Ü.İsmayılova/ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri Arif Qaraşov ilin sonuna Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlərin daha 22 faiz artacağını proqnozlaşdırır.

"İlin əvvəlindən daşınmaz əmlakın qiymətləri artıq 15 faiz artıb", - Qaraşov cümə axşamı bildirib.

Qaraşovun sözlərinə görə, Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər ölkə iqtisadiyyatının bu sahəsinin yüksək artım templərinə görə artır.

Onun rəyinə görə, daxildə tikinti materiallarının istehsalının kifayət qədər olmaması da daşınmaz əmlakın qiymətinin artmasına təsir edir.

"Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin məlumatına əsasən, bazarda satılan tikinti materiallarının cəmi 40 faizi Azərbaycanın istehsalıdır.

"Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin məlumatında qeyd olunur ki, martda ilkin daşınmaz əmlak bazarında bir kvadrat metrin qiyməti $1076, təkrar bazarda isə $1637 təşkil edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti