Azərbaycan, Bakı, 12 may / Trend / Mayın 13-də saat 11:00-dan 12:30-dək, Bakı Fond Birjasında qeydiyyat №-si 10502420S olan Dövlət Qısamüddətli İstiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Birjanın bazar ertəsi yayılan məlumatında deyilir.
DQİ-nin ümumi həcmi -3 000 000 AZN, bir istiqrazın nominal dəyəri-200 AZN, istiqrazların tədavül müddəti - 364 gündür. Ödəmə tarixi 12 May 2009-ci ildir.
Hərrac zamanı, DQİ buraxılışının 20%-dan artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.