...

Tacikistan prezidentinin Astanayasəfəri gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2008 21:04 (UTC +04:00)

Qazaxıstan, Astana, 12 may / Trend , müxbir K.Konırova/ Bu həftə Tacikistan prezidenti Emoməli Rəhmonun Qazaxıstana rəsmi səfəri gözlənilir. Bu haqda bazar ertəsi Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Erjan Aşikbayev bildirib.

"Səfər çərçivəsində siyasi, ticari-iqdisadi və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həmçinin, Mərkəzi Asiya regionunun aktual problemləri müzakirə edəcəklər", - Aşikbayev əlavə edib.

Qazaxıtan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Qazaxıstan və Tacikistan arasında ticarət dövriyyəsi 2007-ci ildə 303,5 mln.$ təşkil edib. Bu göstərici 2006-ci illə müqayisədə 64 faiz artıb. Qeyd etmək lazımdır ki, Qazaxıstanın ixracı 278,5 mln.$, idxalı isə 25 mln.$ təşkil edib.

Xəbər lenti

Xəbər lenti