...

Unileasing lizinq şirkəti ümumi dəyəri $3,2 mln. olan 12 ədəd New Holland texnikasının alınmasına dair müqavilə bağlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2008 20:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may/ Trend / Unileasing Lizinq şirkəti, ümumi dəyəri $3,2 mln. təşkil edən 12 ədəd New Holland texnikasının alınması üzrə müqavilə imzalayıb.Bu barədə bazar ertəsi "Tikinti texnikasının və avadanlığın lizinqi" layihəsinin rəhbəri Fərhad Kərimov məlumat verib.

Onun sözlərinə görə, Unileasing lizinq şirkəti "Tikinti texnikasinin lizinqi" layihəsinin ikinci mərhələsinə başlayır. Həmin mərhələyə əsasən, italyan istehsalçısının tikinti texnikasını müddəti 48 aya qədər olan illik 16%-dən başlayan faiz dərəcəsi ilə lizinq vasitəsilə əldə etmək olar. 2007-ci ilin sonundan 2008-ci ilin may ayına qədər həyata keçirilmiş layihənin birinci mərhələsi çərçivəsində Unileasing şirkətinin xidmətləri vasitəsilə ümumi dəyəri $2,5 mln olan 17 ədəd New Holland tikinti texnikası realizə edilib.

Kərimov bildirib ki, birinci mərhələnin uğurlu nəticələrini nəzərə alaraq, Unileasing Grand Motors şirkətilə birgə New Holland italyan şirkəti ilə ümumi dəyəri $3,2 mln.-dan artıq olan müqavilə bağlayıb.

Bu müqavilə çərçivəsində yaxın zamanlarda yerli bazara 12 ədəd müasir New Holland texnikası daxil olacaq.

Unileasing və Grand Motors şirkətlərinin planlarına uyğun olaraq, həmin texnika yerli bazarda üçüncü rüb ərzində realizə ediləcək.

Xəbər lenti

Xəbər lenti