...

Bu il Azərbaycanda nəqliyyat sisteminin inkişafına təqribən $2 mlrd. sərf olunacaq – nəqliyyat nazirinin müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2008 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may/ Trend , müxbir E.İsmayılov/ 2008-ci ildə Azərbaycanda yol-nəqliyyat kompleksinin inkişafına təqribən $2 mlrd. sərmayə yatırmaq planlaşdırılıb. Bu barədə çərşənbə günü, Bakıda, beynəlxalq nəqliyyat sərgisinin açılışında nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə məlumat verib. Sərgi İTECA şirkəti tərəfindən təşkil edilib.

Pənahov bildirib ki, sərmayələr Azərbaycanın respublika, yerli və rayon əhəmiyyətli nəqliyyat əlaqələrinin yenidən təşkilinə, yeni yolların tikintisinə, nəqliyyat infrastrukturunun inkişafına, həmçinin, dəmir yolu, hava və su nəqliyyatı infrastrukturunun möhkəmlənməsinə və yenilənməsinə sərf olunacaq.

Başlıca vəzifələrdən biri Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsidir. Nəqliyyat naziri müavininin sözlərinə görə, bu işdə vacib məsələ keçid şərtlərinin beynəlxalq normalara uyğunluğunun təmin edilməsi, sərhəddən keçid prosedurlarının sadələşdirilməsi, daşıyıcılar üçün şəraitin yaradılmasıdır.

Xəbər lenti

Xəbər lenti