Azərbaycan, Bakı, 30 may / Trend / Rusiya höküməti korporativ qanunvericiliyə bir sıra düzəlişlər hazırlayır. Bu haqda Moskvada "Dünya iqtisadiyatının korporativ idarəetmə və qlobalaşması" üzrə ikinci Beynəlxalq konfransda Rusiya Baş nazirinin müavini İqor Şuvalov bildirib.
" Hazırda Rusiyada sahibkarların hüquqları lazımı səviyyədə qorunmur. Biz şirkətlərin düçməncəsinə və qanunsuz zəbtindən mühafizə edəcək qanunvericilik - antireyder qanun paketi hazırlayırıq", - deyə Şuvalov bildirib.
Təkcə səhmdarların maraqlarında olmayan, şirkətlərin inkişafına daha kəskin qayğı tələbləri nəzərdə tutan korporativ qanunvericilikdə düzəlişlər aparılır.
Nyu-York Fond Birjasının ("NYSE Euronext") baş direktoru Dunkan Niderauerin konfransda çıxışı zəmanı səhmdarların şəffaflığı, düzlüyü və hesabatlılığı korporativ idarəetmə keyfiyətinin inkişafının əsasında dayanır və onları inkişaf etdirmək lazımdır.
"Korporativ idarəetmənin yüksək tələblərinə tab gətirmək üçün hesabatlılıq və şəffaflıq prinsiplərinə riayət etmək lazımdır", - Niderauer bildirib.
Niderauerin dediyinə görə, digər mühim xarakteristikalar idarə heyəti və Direktorlar Şurası arasında səlahiyyətlərin bölüşdürülməsi balansından ibarətdir. Direktorlar Şurasının müstəqil işləməsi də mühim amilərdən biridir.
Niderauerin sözlərinə görə, balans və maliyyə-iqtisadi hesabatların əsas prinsiplərə kifayət qədər müvafiq olmaması ipoteka böhranı ilə bağlı problemlərin yaranmasına, həmçinin, risklərlə idarəetmənin kifayət qədər keyfiyyətli olmamasına gətirib çıxarır.