...

McDonalds Azərbaycan paytaxtının sərhədlərindən kənara çıxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2008 19:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun/ Trend Cap , müxbir İ.Xəlilova/ Amerikanın McDonalds şirkəti iyunun sonu-iyulun əvvəlinə Şüvəlandakı ticarət mərkəzində - Bakıdan kənarda ilk restoranını açmağı planlaşdırır. Bu barədə bazar ertəsi McDonaldsAzerbaijan-ın idarəçi direktoru Maqsud Mirzəyev məlumat verib. Bununla əlaqədar, restoranda iş üçün personalın yığılması üzrə regional ofis açılıb. Personal Mərdəkan və Şüvəlan sakinləri arasında toplanır. İşə korporasiya sistemində karyera imkanı ilə 80-ə yaxın gənc cəlb ediləcək. Hazırda gələcək restoranların idarə edilməsi üçün personalın öyrədilməsi üzrə kurslar keçirilir.

Bu restoranın açılmasından sonra Azərbaycan üzrə onların ümumi sayı beşə, işçilərin sayı 500-dək çatdırılacaq. Korporasiya indiyədək Azərbaycanın restoran şəbəkəsinə $6 mln. yatırıb. İki restoranın qarşıdakı açılışı ilə sərmayələrin həcmi daha $2,5-3 mln. artacaq. McDonalds növbəti 12 ay ərzində Bakıdan kənarda - Sumqayıt və ya Gəncədə daha bir restoran açmağı planlaşdırır

"Azərbaycanın dinamik iqtisadi inkişafı və investisiya imkanlarının artmasını, ölkənin bir çox təşkilat və strukturulara inteqrasiyasını nəzərə alaraq, Azərbaycanda McDonalds şirkətinin inkişafı Amerika ofisinin, Avropa şöbəsinin diqqətini daha çox cəlb edir, - Mirzəyev bildirib. Bu gün Azərbaycan şirkətin yalnız Bakıda deyil, Azərbaycanın regionlarında da (Gəncə, Sumqayıt, Naxçıvan) inkişaf etməsi çərçivəsində, kifayət qədər perspektivli bazar kimi nəzərdən keçirilir"

Onun rəyinə görə, McDonalds Azərbaycanın regional imkanları çərçivəsində güclü infrastrukturun qurulmasında vacib rol oynaya bilər. Bu infrastruktura, inkişaf etmiş restoranlar şəbəkəsi ilə yanaşı, tədarükçülər və kənd təsərrüfatı məhsulları istehsalçılarının infrastrukturu da daxil olacaq. Bu gün Abşeronda "Aqroyurd" adlı bir təsərrüfat mövcuddur. O, bütün dünya standartlarına cavab verir və öz məhsulunu McDonaldsAzerbaijan-a tədarük edir. Bu gün perspektivdə Azərbaycanda inkişaf edə biləcək digər istehsalçılarla da danışıqlar aparılır.

"Aqroyurd" fermer təsərrüfatının istehsal gücü məhsulun Gürcüstana, Rusiyaya tədarükü üçün kifayət deyil. Lakin bu gün Azərbaycanın coğrafi, iqlim şəraiti gələcək tədarüklər üçün mövcud təsərrüfatları genişləndirmək və ya yenilərini yaratmağa imkan verir. "Aysberq" növlü salatların istehsal silsiləsi üzrə, bu fermer təsərrüfatı yəqin ki, MDB-də ən yaxşılardan biridir.

Digər ölkələrdəki McDonalds şirkətləri tərəfindən "Aqroyurd"un məhsullarına marağın olmasına baxmayaraq, konkret təkliflərin gəlməsi ilə bu biznesin gələcəkdə inkişaf etdirilməsi nəzərdə tutulur.

"Şirkətin törəmə müəssisələrinin, fermer təsərrüfatlarının, istehsal qüvvələrinin, tədarükçülərinin genişlənməsi McDonalds restoranlarının say artımından birbaşa asılıdır, - Mirzəyev qeyd edib. McDonalds restoranları kimi satış bazarı olmadan, bu gün Azərbaycanda məhsul istehsal etməyin mənası yoxdur".

Rusiyada 200 McDonalds restoranı üçün 10 fermer təsərrüfatı yaradılıb. Lakin, hələ də kartof idxalına davam edir. Azərbaycan kartofu Hollandiyadan idxal edir. Mirzəyev hesab edir ki, məhsul 25 McDonalds restoranına satılacaqsa, korporasiyanın standartlarına müvafiq kartof istehsalı üçün fermer təsərrüfatının yaradılmasına $17-20 mln. sərmayə yatırmaq sərfəli olacaq.

Birinci restoran 1999-cu ildə, ikinci isə 2002-ci ildə açılıb. Lakin dönüş ili kimi 2006-cı il hesab edilir. Azərbaycanda inkişaf templəri Avropa və bütün dünya üzrə fəaliyyətlə müqayisədə aşağı hesab olunur və bu yerli şəraitlə bağlıdır. Ukraynada ilk restoran 1997-ci ildə açılıb və hazırda bu ölkədən ümumi sərmayə həcmi $200 mln.-dan çox olmaqla 60-dan çox restoran mövcuddur. Rusiyada birinci restoran 1990-cı ildə yaradılıb və bu gün ölkədə təqribən 200 restoran var.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: cap

Xəbər lenti

Xəbər lenti