...

Azərbaycan və İran arasında mal dövriyyəsi potensialı mövcud dövriyyədən dörd dəfə çox ola bilər- İran xarici işlər nazirinin müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2008 19:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycan və İran arasında mal dövriyyəsinin potensial səviyyəsi hazırki $700 mln.-a qarşı $3 mlrd. təşkil edə bilər. Bu barədə cümə axşamı Bakıda, Azərbaycan-İran biznes-forumu zamanı İran xarici işlər nazirinin müavini Əlirza Əttar məlumat verib.

"İran hökuməti bu rəqəmi artırmaq və Azərbaycanla yalnız neft sektorunda deyil, həm də özəl qeyri-neft sektorunda əməkdaşlıq etmək niyyətindədir", - nazir müavini bildirib.

Nazir müavininin sözlərinə görə, İran hökuməti hazırda neft və bank sektorunda, sığorta fəaliyyəti sahəsində, infrastruktur, dəmir yolu tikintisində, həmçinin İT sahəsində Azərbaycan və İranın özəl şirkətlərinin birgə fəaliyyəti variantlarını hazırlayır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti