...

Azərbaycanda son ildə 2 mindən çox bağ evi qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2008 19:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend müxbir U.İsmayılova / Azərbaycanda son il ərzində 2666 bağ evi qeydə alınıb. Bu barədə cümə axşamı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən məlumat verilib

Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə 2007-ci il mayın 22-də bağ evləri təsarrüfat idarəsi ləğv edilib və bütün idarəetmə səlahiyyətləri Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinə verilib.

Qeydə alınmış bağ sahələrinin ümumi sayından 546 bağ sahəsində ev tikilib, qalanıisə, plan-sxemlərlə boş sahələrdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: cap

Xəbər lenti

Xəbər lenti