Azərbaycan, Bakı, 02 iyul/ Trend / Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi "Kapital Bank" ASÇ-də dövlət gəlirinin özəlləşdirilməsini başa çatdırıb, - komitənin çərşənbə günü yaydığı məlumatında deyilir.
Özəlləşdirmə komissiyasının qərarı ilə dövlətə məxsus səhmlərin 85 faizini "AtaHoldinq" ASC və "Pasha Holding" MMC hər biri 30 faiz olmaqla alıblar. Səhmlərin 15 faizini "Xalq Sığorta", yerdə qalan 10 faizini isə "Azərsun Holding" alıb.
Azərbaycan Respublikası prezidentinin dövlət gəlirindən qalan 50 faizin satılması barədə 2007-ci il 19 oktyabr tarixli sərəncamına əsasən, səhmlərin 85 faizi (1, 020 milyon vahid) hüquqi şəxslərə, 10 faizi (120 min səhm) isə fiziki şəxslərə satılmaq üçün hərraca qoyulub.
2008-ci il yanvarın 1-nə olan vəziyyətə görə, "Kapital Bank"ın aktivləri 249 466 min manat təşkil edir.
Bankın öhdəliyi 209 555 min manat məbləğində formalaşıb. Bank əməkdaşlarının sayı 2458 nəfərdir.