...

Nəqliyyat Nazirliyi Bakıda Ukrayna avtobuslarının istifadəsini məqsədəuyğun saymır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2008 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir E.İsmayılov/ Azərbaycanın Nəqliyyat Nazirliyi Ukraynadan gətirilən "Boqdan" avtobuslarını Bakıda istifadəyə buraxmaq niyyətində deyil. Bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.

"Mən Avtomobil Nəqliyyatı Departamentinə onların digər şəhərlərdə istifadəyə verilməsi barədə məsələni nəzərdən keçirməyi məsləhət gördüm", - deyə Məmmədov bildirib.

Azərbaycana gətirələn avtobuslar müasir standart və tələblərə cavab verməlidir, keyfiyyətli və sərinişindaşıma üçün yararlı olmalıdır. "Ukrayna avtobusları ilə bağlı problem ondan ibarətdir ki, bu avtobuslar daxili dizaynına görə az tutumludur, keyfiyyət etibarı ilə bizi qane etmir", - deyə Məmmədov bildirib.

Bakının avtobus parkının mərhələli yenilənməsinə hökumət tərəfindən təqribən 30 mln. manat ayrılıb, bu vəsaitin bir hissəsi artıq bu prosesin reallaşdırılmasına sərf olunub.

Payızda Bakıya yeni avtobuslar gətirilməlidir, onlardan 50-si Almaniya istehsalı olan iri tutumlu MAN markalı avtobuslardır. Belarus istehsalı olan MAZ markalı avtobuslar da gətiriləcək. Nazir bildirib ki, əlavə olaraq təqribən 200 ədəd Koreya istehsalı olan "Daewoo" markalı avtobuslar da gətiriləcək.

Əvvəllər Bakıda istifadə olunan avtobuslar nazirliyin texniki tələblərinə, həmçinin Azərbaycan prezidenti İlham Əliyevin fərmanı çərçivəsində həyata keçirilən Bakı şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi proqramına cavab vermir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: capital

Xəbər lenti

Xəbər lenti