...

Azərbaycan Alimlərin Avrasiya İqtisadçılar Klubunda iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2008 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend / "Qloballaşma şəraitində iqtisadi inkişafın müasir aspektləri" mövzusuna həsr olunan I Astana İqtisadi Forumu çərçivəsində Alimlərin Avrasiya İqtisadçılar Klubu təsis edilib. Bu barədə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin bazar ertəsi yayılan məlumatında bildirilir.

Alimlərin Avrasiya İqtisadiyyat Klubunun iclasında təsis sənədləri imzalanıb, klubun idarəetmə orqanlarına seçim aparılıb.

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun professoru Namiq Tağıyev klubun Əlaqələndirmə Şurasının sədr müavini seçilib.

Klubun növbəti iclası 2009-cu ilin martında Yekaterinburqda keçiriləcək.

II Astana İqtisadi Forumunun 2009-cu ilin martında keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti