...

G-8 qlobal problemlərin real həlli yollarını təklf edir – Rusiya prezidenti

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2008 16:04 (UTC +04:00)
G-8 qlobal problemlərin real həlli yollarını təklf edir – Rusiya prezidenti

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir A.Bədəlova/ "Böyük səkkizlik" qlobal təhlükəsizlik və inkişaf problemlərinin real və perspektivli həlli yollarını təklif edir. Bu barədə çərşənbə günü "Böyük səkkizlik" ölkələri görüşünün yekunu üzrə "Vesti" telekanalında birbaşa yayımlanan mətbuat konfransında Rusiya prezidenti Dmitri Medvedyev bildirib.

Qlobal problemlərdən danışaraq prezident qeyd edib ki, bu gün bazarda əsas problem ümumi ərzaq çatışmazlığıdır. Onun sözlərinə görə, ərzaq bazarında vəziyyəti stabilləşdirmək üçün dünyada ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə kompleks tədbirlər görülməlidir.

"Bura həm təcili ərzaq yardımı, həm də böhran əleyhinə uzun müddətli tədbirlər paketi daxildir", - deyə Medvedyev bildirib.

Prezident bildirib ki, bu problemin həllinə Rusiyanın uzunmüddətli töhfəsi kənd təsərrüfatı istehsalının əhəmiyyətli dərəcədə artırılması və onun təkcə ölkə daxilində deyil, həm də dünya bazarlarına tədarükündən ibarədir.

Medvedyevin sözlərinə görə, bioyanacağa gəldikdə isə, onun istehsalı bir tərəfdən energetika hadisələri inkişafında müsbət mərhələdir, digər tərəfdən isə sözsüz ki, ərzaq təhlükəsizliyinin vəziyyətinə təsir göstərir.

Medvedyev qeyd edib ki, enerji daşıyıcılarının kəskin qiymət artımı şəraitində xammal bazarında vəziyyət olduqca mürəkkəbdir.

Rusiyanın dövlət başçısının sözlərinə görə, enerji istehsalçıları və istehlakçıları ilə dövlət tranzitçiləri arasında qarşılıqlı asılılıq məsələsi bu gün aktual olaraq qalmaqdadır.

Xəbər lenti

Xəbər lenti