...

NASDAQ və Bakı Fond Birjası əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2008 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul / Trend / Bakı Fond Birjası (BFB) və NASDAQ əməkdaşlıq perspektivlərininəzərdən keçirib və onun möhkəmləndirilməsi məsələlərini müzaikrə ediblər. Bu barədə Birjanın cümə günü yayılan məlumatında bildirilir.

Məlumatda bildirilir ki, iyunun 24 -dən iyuun 7-dək BFB-nın İdarə Heyətinin Sədri Xəyal Abdinov, Biznesin İnkişafı üzrə direktoru Ziya Şimiyev və Ticarət Departamentinin rəisi Vüqar Namazov ABŞ -da işgüzzar səfərdə olublar.

Səfər zamanı Şimiyev və Namazov NASDAQ birjasının vitse-prezidentləri Coel Kazis və Veyne Ardenlə görüş keçirib və görüş zamanı Azərbaycanın kapital bazarının inkişafı, BFB ilə NASDAQ Bir+jası arasında münasibətlərin qurulması və inkişaf etdirilməsi mövzusunda geniş fikir mübadiləsi aparılıb.

Səfər çərşivəsində, BFB-nin nümayəndə heyəti ABŞ -ın Çikaqo şəhərində keçirilən nüfuzlu "Morning Star Investment Conference" tədbirində iştirak edib və Vaşinqton, Nyu-York, Stenford, Boston və Portland şəhərlərində bir sıra iri sərmayədarlarla məhsuldar görüşlər keçiriblər.

Növbəti mərhələlərdə NASDAQ Birjasının nümayəndələrinin Azərbaycana səfəri və iki Birja arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur.

NASDAQ Birjası dünyanın ən nəhəng elektron ticarət meydançalarından biridir və hazırda Birjada təqribən 3200-ə yaxın şirkət listinqdən keçib.

Xəbər lenti

Xəbər lenti