...

Azərbaycan Etalonlar Mərkəzi yaradır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2008 13:21 (UTC +04:00)
Azərbaycan Etalonlar Mərkəzi yaradır

Azərbaycan, Bakı, 16 iyul/ Trend , müxbir S.Babayeva/ Növbəti həftə Azərbaycanın Etalonlar Mərkəzinin açılışı keçiriləcək. Bu barədə çərşənbə günü Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin direktoru Ramiz Həsənov məlumat verib.

"Biz artıq təmir işlərini başa çatdırmışıq və açılışa hazırlaşırıq", - o bildirib.

Onun sözlərinə görə, ümumilikdə təzyiq və çəkinin ölçülməsi üçün nəzərdə tutulan doqquz etalon alınıb.

Mərkəz istismara verildikdən sonra digər zəruri etalonlar da alınacaq.

Həsənov bildirib ki, bu gün ölkə üçün vaxt etalonun alınması məsələsi aktualdır. Bu, 2009-ci ilin birinci yarısında, Avropa İttifaqının qrantları hesabına mümkün olacaq.

Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən, Azərbaycan üç il ərzində Azərbaycanda Etalon Mərkəzinin yaradılması üçün təqribən 15 mln. avro tələb olunur.

Dövlət Agentliyində hesab edirlər ki, Azərbaycanda "etalonlar"ın tətbiqi və belə mərkəzin yaradılması ölkə üçün fövqəladə şəkildə zəruridir. Belə ki, Azərbaycanda əlverişli investisiya iqlimi xarici investisiya şirkətlərinin sayının artmasına xidmət edir. Bu şirkətlər ölçü vasitələrinin texniki tələblərinin müvafiqliyinin müəyyən edilməsi üçün xarici ölkələrə müraciət edirlər. Belə ki, bunun üçün nə Azərbaycan, nə də qonşu ölkələrdə dövlət ölçü vahidləri (etalonlar) yoxdur. Bütün bunlar iri valyutanın Azərbaycan bazarından xaricə axmasına səbəb olur.

Yerli şirkətlər xarici ölkələrdə bu xidmətlərə görə böyük məbləğdə pul sərf edirlər. Dövlət Agentliyində hesab edirlər ki, belə mərkəzin yaradılmasından sonra onların qiyməti 10 dəfədən az olacaq.

Müəlliflə əlaqə ünvanı: capital

Xəbər lenti

Xəbər lenti