...

Bakı Fond Birjasında DQİ yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2008 20:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul/ Trend / İyulun 22-də saat 11:00 - dan 12:30 - dək, Bakı Fond Birjasında qeydiyyat №-si 10504320S olan Dövlət Qısamüddətli İstiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Birjanın bazar ertəsi yayılan məlumatında deyilir.

DQİ-nin ümumi həcmi - 5 000 000 AZN, bir istiqrazın nominalı - 200 AZN, istiqrazların dövriyyə müddəti - 364 gün, ödəmə tarixi 21 iyul 2009-cu il.

Hərrac zamanı, DQİ buraxılışının 20%-dan artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Xəbər lenti

Xəbər lenti